Mətanət keçmiş gəlinini “yıxıb-sürüdü”: “Onunla həyatı boyu barışmaram” - VİDEO

Hazırda oxunan: Mətanət keçmiş gəlinini “yıxıb-sürüdü”: “Onunla həyatı boyu barışmaram” - VİDEO

153625

“Mən həyatı boyu keçmiş gəlinim Canana ilə barışmaram. Özü də yazırlar, Mətanətin gəlini. Ondan nə gəlin olar, nə də gəlin olacaq. Bir insan ki, övladlarını atıb gedir, o insan deyil. Bilmirəm o nə məxluqdur. Heyvan heyvanlığı ilə balalarını atıb getmir”. 
 
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli qonaq olduğu “Yaxşıya doğru” ictimai-sosial verilişində deyib. 

Sənətçi bildirib ki, keçmiş gəlini Canana Kərimdən ayrılsa da, ondan əl çəkmir: 

“Boşanmısan çıx get də… Əl çək! Kərim yenidən ailə qurub, övladı dünyaya gəlib. Şükür Allaha, oğlum Kərimi hamı tanıyır. O nə içki, nə də siqaret bilir. Bu qız Kərimi atıb gedəndən sonra Kərim mənə söylədi ki, məni başqa bir qızla evləndir. Kərim əgər bir qızla danışırsa, onu heç zaman aldatmaz. O ancaq onunla evlənmək istəyər. Kərim belə bir insandır”. 
Qeyd edək ki, M. İsgəndərlinin oğlu Kərim keçmiş həyat yoldaşı Canana ilə qalmaqallı şəkildə boşanıb. Keçmiş cütlüyün bu nikahdan olan 3 övladı isə hazırda atası ilə birgə yaşayır. Kərim ikinci dəfə ailə qurub və onun bir övladı dünyaya gəlib.   
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin