Xəbər verdiyimiz kimi, sentyabrın 1-i gecəsindən etibarən aparıcı Aytən Səfərova və 200-ə yaxın sərnişin İstanbul Hava Limanında qalmaq məcburiyyətində qalıb. Buna səbəb isə İstanbuldan Bakıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin uçuşa gecikməsi olub.
Bizim.Media xəbər verir ki, televiziya ulduzu ötən gecə sosial şəbəkə hesabında növbəti video paylaşıb.
Aytən sözügedən görüntülərdə bildirib ki, AZAL xüsusi reys təşkil edərək bir sutkadan çox İstanbul Hava Limanında qalan sərnişinləri Bakıya geri qaytarıb.
Həmin paylaşımı sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media