Xəbər verdiyimiz kimi, gözəlləşmək üçün keçirdiyi plastik əməliyyatlardan sonra ağır fəsadlarla üzləşən azərbaycanlı model və bloqer Leyla Mirzəliyeva növbəti dəfə bıçaq altına uzanıb.
Bizim.Media xəbər verir ki, bu haqda Leyla sosial şəbəkə hesabında məlumat yayıb. Əməliyyatdan sonrakı görüntülərini izləyiciləri ilə bölüşən Mirzəliyeva bildirib ki, cərrahi müdaxilə zamanı o yatmayıb:
“Gözü açıq əməliyyat olundum. Əməliyyatdan çıxdım. Dualarınız mənimlədir”.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı model bədəninin plastik əməliyyatlardan çürüdüyünü AÇIQLADI – VİDEO
Qeyd edək ki, Leyla Mirzəliyeva süni gelləri bədənindən çıxarmaq üçün bir ay müddətində doqquz dəfə bıçaq altına uzandığını açıqlamışdı.