"İctimai" televiziyanın xəbər aparıcısı Nərmin Salmanova həyat yoldaşı Arif Salahovla Türkiyəyə tətilə yollanıb.
Bizim.Media xəbər verir ki, Çeşmədə dənizdə istirahətin dadını çıxaran cütlük həmin anları çəkərək sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər.
Sözügedən görüntülərdə Nərmin Arifin 30 metr dərinlikdə üzməyi öyrəndiyini bildirib. Aparıcının əri isə cavab olaraq "Buna Nərmin mənə məcbur etdi" gülərək qısa fikrini bildirib.
Qeyd edək ki, N.Salmanova və A.Salahov cütlüyü ötən ilin oktyabrın 30-da ailə qurub. Nərmin ötən il “Avroviziya” bəynəlxalq mahnı müsabiqəsində səsləri elan etməli olsa da, yarışmadan qaynaqlanan səbəblərdən aparıcının çıxışı mümkün olmamışdı.
Rəşad Əliyev, Bizim.Media