Britni Spirs boşandıqdan sonra ərinin lüks mənzildə qalması üçün kirayə pulu ödəyir – FOTO 

Hazırda oxunan: Britni Spirs boşandıqdan sonra ərinin lüks mənzildə qalması üçün kirayə pulu ödəyir – FOTO 

152277

Dünya pop səhnəsinin ulduzu Britni Spirsin boşanmasını “el-aləmə” car çəkdikdən sonra keçmiş əri Sem Asqariyə Los-Ancelesdə lüks mənzildə yaşaması üçün pul ödədiyi üzə çıxıb. 

Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki, sözügedən mənzilin kirayə haqqı isə 10 min dollar (təxminən 17000 manat) civarındadır. 

Bunu isə Asgariyə Spirs özü təklif edib. Məlum olub ki, Sem boşandıqdan sonra arvadından pul tələb edə bilməyəcək: nikah müqaviləsinə əsasən, o, hər iki illik evliliyə görə 1 milyon dollar (təxminən 1 milyon 700 manat) tələb edə bilər. Britni və Sem cəmi 14 aydır ki, evlidirlər.

Müğənninin aktivləri ümumilikdə təxminən 60 milyon dollar qiymətləndirilir və Asgari onları iddia edə bilməz. Onun, həmçinin Britninin mahnılarına və “Thousand Oaks”dakı 11,8 milyon dollarlıq evinə heç bir hüququ da yoxdur. Bundan əvvəl mətbuatda Asgarinin nikah müqaviləsinə yenidən baxılmasını tələb etdiyi, əks halda Spirslə bağlı bəzi kompromatlar dərc edəcəyinə söz verdiyi barədə xəbərlər yayılmışdı.

Lakin Asgarinin sözçüsü Brandon Cohen jurnalistlərə bunun belə olmadığını açıqlayıb: 

“Bir çox iddialar var ki, Sem həyat yoldaşını bəzi çirkin videoları yaymaqda hədələyir. Bütün bu iddialar yalandır, o, heç vaxt onu təhdid etməyib və pis bir şey arzulamayıb. Sem onu həmişə dəstəkləyib və həmişə dəstəkləyəcək”. 

Qeyd edək ki, Britni Spirs və Sem Asgarinin boşanması avqustun 17-də məlum olub. İddialara görə, buna səbəb Spirsin Kaliforniyadakı evlərində ev işçilərindən biri ilə ərini aldatması olub.
Bundan əlavə, insayderlərin sözlərinə görə, “kövrək və hiperseksuallaşmış vəziyyətdə” olan müğənni bir işçidən onu çılpaq şəkildə lentə almağı xahiş edib. Sem Asgari və Britni Spirs 2016-cı ildən görüşür və ötən ilin iyununda evləniblər. 








Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin