Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova ona badalaq vuran məşhurları ifşa edib.
Bizim.Media xəbər verir ki, rəqqasə sosial şəbəkədə bununla bağlı post paylaşıb.
Renka bildirib ki, rəqs məktəbini açandan sonra ona qəzəb və paxıllıq artıb:
“Əslində sizə yazığım gəlir. Paxıllıq və qorxu ilə yaşamaq sizə çətin deyil? Rəqs məktəbini açandan sonra üzlər gördüm, maskalarınız cırıldı. Yazıqsız, eləməyin. Belə yaşamaq çox çətindir. Paxıllığınız sizi boğacaq. Rahat olun, sakit yaşayın. Bezdim bu söz-söhbətlərdən. Ayıb olsun! Sizə başqa deməyə sözüm yoxdur. Sadəcə sizə yazığım gəlir. Sakitcə qıraqdan hərəkətlərinizə baxıb gülürəm”.
Rəşad Əliyev, Bizim.Media