Xalq artisti Tünzalə Ağayeva qızı Fidanla kamera qarşısına keçib.
Bizim.Media xəbər verir ki, sənətçi övladı ilə sosial şəbəkədə aktual olan "look" dəyişmə" trendinə qoşulub.
"Ana-bala" bir videoda biri-birindən dəbli altı geyim dəsti dəyişib.
Tünzalə sözügedən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Ağayeva paylaşımına "Qızımla uyğun gələndə" sözlərini yazıb.
Qeyd edək ki, T.Ağayevanın qızı Fidan Türkiyədə ali və maqistratura təhsili alıb.
Rəşad Əliyev, Bizim.Media