Pop səhnəsinin ulduzu 41 yaşlı Britni Spirsin 29 yaşlı əri Sem Asgari ilə boşanması bir neçə gündür ki, dünya mətbuatının gündəmini zəbt edib. Yayılan məlumatlarda əvvəlcə müğənninin ərini aldatdığı bildirilsə də, daha sonra isə Semin Britnidən pul tələb etdiyi ortaya çıxıb. Xəbərdə bildirilib ki, Asgari Spirsə pul vermədiyi təqdirdə onun çirkli sirlərini üzə çıxaracaq.
Bizim.Media xəbər verir ki, Semin dostu “TMZ” nəşrinə bildirib ki, müğənni münasibətləri boyu ərinə tez-tez əl qaldırıb.
Mənbənin məlumatına görə, dava o yerə çatıb ki, Sem polisə müraciət edib. Bir dəfə Britni, hətta əri yatarkən ona hücum edib. Ehtimal olunur ki, hadisə bu ilin əvvəlində baş verib.
Jurnalistlər, hətta Semin gözünün altında açıq qançır və qolunun dişlədiyi arxiv fotoşəkillərini də üzə çıxarıblar. Sem bu səbəbdən evlərində çox sayda bıçaq olmasından da narahat olub. Britninin əhəmiyyətsiz səbəblərdən nəzarətdən çıxması onu narahat edib.
Qeyd edək ki, Britni və Semin bir il əvvəl təmtəraqlı şəkildə toyları olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:49 / 18.08.2023
Boşanan Britni Spirs ərini DÖYÜBMÜŞ - FOTO
Hazırda oxunan: Boşanan Britni Spirs ərini DÖYÜBMÜŞ - FOTO
Hazırda oxunan: Boşanan Britni Spirs ərini DÖYÜBMÜŞ - FOTO
151352
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.