Lalə əməliyyatlarından DANIŞDI: “Səhnə olmasaydı, bu dəyişimlər də olmayacaqdı” – FOTO 

Hazırda oxunan: Lalə əməliyyatlarından DANIŞDI: “Səhnə olmasaydı, bu dəyişimlər də olmayacaqdı” – FOTO 

151344

Əməkdar artist Lalə Məmmədova açıqlamaları ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablandırıb. 

Onlardan birinin “Plastik əməliyyatdan sonra özgüvəniniz artıb?” sualına Lalənin cavabı belə olub: 

“Daxili və xarici özgüvənim hər zaman olub. Səhnə olmasaydı yəgin ki, bu dəyişimlər də olmayacaqdı. Başqa səbəb yoxdur”. 

Ünvanlanan suallar arasında Məmmədova cavab verib ki, heç bir şou proqramlarda iştirak etmir: 

“Artıq son beş ildir ki, restoranlarda keçirilən şou proqramlardan imtina etmişəm. Yalnız konsertlərdə və toy məclislərində iştirak edirəm”. 

Müğənni, həmçinin tezliklə yeni layihələrini təqdim edəcəyini, eyni zamanda konsert vermək niyyətində olduğunu da vurğulayıb. 




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin