Beş uşaq anası olan Bəyimxanım: “Hər kişi həyat yoldaşı olmağı bacara bilmir” – FOTO 

Hazırda oxunan: Beş uşaq anası olan Bəyimxanım: “Hər kişi həyat yoldaşı olmağı bacara bilmir” – FOTO 

151326

Əməkdar artist Bəyimxanım Vəliyeva həyat yoldaşı ilə bağlı diqqet çəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı ilə birlikdə çəkilən fotolarını izləyiciləri ilə bölüşərək, onu doğum günü münasibəti ilə təbrik edib. 

“Bu gün mənim üçün özəl günlərdən biridir. Çünki ömrümə ömür qatan, məni yenidən yaşamıma, həyatda dik durmağa qaytaran, hər anımda, hər addımımda mənə dəstək olan, uğuruma sevinib, kədərimə kədərlənən və qısacası mənim ömür-gün yoldaşımın doğum günüdür.

Rəbbim onu mənim qarşıma ömrümün elə bir dönəmində çıxardı ki... Ömür boyu Allahıma duaçıyam.

Hər kəs evlənə bilir, hər kəs təmtəraqlı toy edə bilir, hər kəs ata ola bilir, hər kəs ər ola bilir, lakin indiki dövrümüzdə çox acıyaraq deyəcəm ki, hər kəs, hər kişi həyat yoldaşı, ömür-gün yoldaşı olmağı bacara bilmir. Sən isə bunu çox gözəl bacardın, həyatımın yoldaşı. Nə yaxşı ki, doğulmusan.
Nə yaxşı ki, varımızsan. Səni çox sevirik, canımız Atamız. Allah səni bizim başımızdan heç zaman əksik etməsin, İnşəallah. Yeni yaşın sənə yeni-yeni uğur, sevinc, ruzi-bərəkət, xoşbəxtlik gətirsin”, - deyə Bəyimxanım vurğulayıb. 

Qeyd edək ki, cütlüyün beş övladı var. 


















Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin