Bir neçə gün əvvəl 30 yaşına qədəm qoyan Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad ötən axşam özünə restoranların birində dəmdəsgahlı doğum günü məclisi keçirib.
Bizim.Media xəbər verir ki, gecədə Cahadın valideynləri, anası Brilliant Dadaşova, atası, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev və yaxınları iştirak edib.
Əzizləri ilə birgə ad günü tortunu kəsən Cahad anası ilə birgə rəqs edib.
“Renka” ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradovanın gəlişi isə məclisi daha da coşdurub. Onlar birlikdə mahnı sədaları altında qol qaldırıb rəqs ediblər. Cahad həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Rəşad Əliyev, Bizim.Media