Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü dünya çempionatının açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, "Baku Crystal Hall"da təşkil olunan açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra bədii hissədə Əməkdar artist Sevda Ələkbərzadə səhnəyə çıxıb.
Sənətçi musiqisi Üzeyir Hacıbəyova sözləri isə Əhməd Cavada məxsus Azərbaycan Respublikasının rəsmi dövlət himnini səsləndirib.
S.Ələkbərzadənin bu ifası isə böyük coşqu və səngiməyən alqışlarla qarşılanıb.
Həmin video görüntüləri təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media