Xalq artisti Aygün Kazımova görünüşü ilə diqqətləri üzərinə çəkib.
Bizim.Media xəbər verir ki, "Gülüstan sarayı"nda keçirilən dəbdəbəli məclisdə iştirak edən sənətçi qırmızı rəngdə sinə və qarın dekolteli, öndən isə hər iki tərəfdən dərin yırtmaclı transparan libası ilə göz qamaşdırıb.
Kazımova sadə vizajı və çiyninə atdığı uzun saçları ilə nəfis görünüşünü tamamlayıb.
Sözügedən gecədən çəkilən görüntülərini sosial şəbəkə hesabında yayımlayan pop divanın ünvanına izləyicilər tərif dolu şərhlər yazıblar.
Rəşad Əliyev, Bizim.Media