Vüsalə Əlizadə "ATV"dən ayrıldığını TƏSDİQLƏDİ  – FOTO 

Hazırda oxunan: Vüsalə Əlizadə "ATV"dən ayrıldığını TƏSDİQLƏDİ  – FOTO 

150353

Uzun illər Azad Azərbaycan (ATV) televiziyasında çalışan aparıcı Vüsalə Əlizadə kanaldan ayrılıb. 

Bizim.Media xəbər verir ki, televiziya ulduzu bununla bağlı sosial şəbəkə hesabında paylaşdığı postda məlumat yayıb. 

“Bu gün 20 illik əməyim olan, “ata ocağı” qədər mənə doğma, əziz ATV telekanalından “Öz istəyimlə xahiş edirəm, məni tutduğum vəzifədən azad edəsiniz” müraciəti ilə ayrıldım. İki aydır, bilib-bilmədən danışanlar, yazanlar, yozanlar, bilin ki, münasibətlər hörmətli, qərarlar sayğı duyularaq gözəldir və biz belə ayrıldıq, çünki mən qərarlarımı verərkən nə şişi bada verirəm, nə kababı. Hər şey ölçüdə gözəldir.

İşimi, sənətimi, səhnəmi, məni sevib gözləyən, bu iki ay ərzində axtaran tamaşaçımı çox sevirəm. Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik”, - deyə Vüsalə vurğulayıb. 

Qeyd edək ki, V.Əlizadə iyunun sonunda aparıcısı olduğu “7 canlı” axşam şousundan gedib. Sözügedən proqramı İlhamə Bədəlova aparıb. Məsələ ilə bağlı Əlizadə sosial şəbəkə hesabında post paylaşaraq “Dəyər görmədiyin, layiqincə sevilmədiyin, qısqanıldığın, enerji alamadığın ortamları cəzalandır. Tərk et...” sözlərini yazıb.


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin