Konsert üçün Antalyaya gedən Türkiyənin məşhur müğənnisi Tan Taşçı və onunla birlikdə olan iki nəfər yol qəzası keçirib.
Bizim.Media türk mətbuatına istinadən xəbər verir ki, Antalya-Burdur avtomobil yolunun sənaye bölgəsində TIR-ı arxadan vuran müğənninin avtomobili yanğınsöndürənlərin köməkliyi ilə xilas edilib.
Xəstəxanaya aparılan sənətçi və dostlarının həyati təhlükəsinin olmadığı öyrənilib.
Qəza zamanı müğənni Tan Taşçı və meneceri Ecmal Kayahan və Mehmet Emre yaralanıb.
Qəzanı görənlər əraziyə polis, təcili tibbi yardım və xilasetmə qruplarını çağırıblar.
Müğənninin mətbuat katibi “Tanın səhhəti yaxşıdır, menecerinin başında cüzi zədə var” açıqlamasını verib.
Rəşad Əliyev, Bizim.Media