Türkiyənin superstarı Ajda Pekkan ötən axşam “Harbiye Açıkhava Tiyatrosu”nda canlı solo konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, bir-birindən zövqlü, al-əlvan və dəbdəbəli libaslarda səhnəyə çıxan 77 yaşlı sənətçi hit mahnıları ilə tamaşaçılara coşqu dolu anlar yaşadıb.
Ajdanı seyr etməyə gələnlər sırasında isə məşhurluqda özündən geri qalmayan bacısı Semiramis Pekkan da olub.
Ön sıralarda əyləşən Semiramis Ajdanın mahnılarını əzbərdən onunla birlikdə oxuyub. Anşlaqla keçən konsertin sonlarına yaxın Ajda bacısını səhnəyə dəvət edib.
Səmimi şəkildə görüşən bacılar daha sonra birlikdə duet də ifa ediblər. Pekkan bacılarının bu çıxışı isə tamaşaçılar tərəfindən gür alqışlarla qarşılanıb.
Ajda Pekkanın konsertində yaşanan coşqu dolu anları təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media