Xalq artisti Mələkxanım Eyyubovanın gəlini Səadətin vəziyyəti yenidən ağırlaşıb.
Bizim.Media xəbər verir ki, sənətçinın gəlini sosial şəbəkə hesabında xəstəxananın palatasında yatarkən həyat yoldaşı Cəfər tərəfindən lentə alınan görüntüləri paylaşıb.
Səadət yayımladığı kadrlara "Müayinə üçün getmişdik. Dedilər bir az yorulmusan yat, mən də yatdım" şərhini yazıb.
Sözügedən videonu öz səhifəsində "repost" edən Cəfər "Yenə başladın bizi qorxutmağa" şərhini yazıb.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Mələkxanım Eyyubova ilə əlaqə saxlayıb. Sənətkar sözügedən paylaşımdan bixəbər olduğunu və oğlu Cəfərlə əlaqə saxlayacağını deyib, dəstəyi asıb. Daha sonra Xalq artisti ilə əlaqə saxlasaqda o telefon zənglərini cavabsız qoyub.
Qeyd edək ki, aprel ayında Mələkxanımın gəlini Səadətin səhhəti gözlənilmədən ağırlaşıb. Böyrək çatışmazlığından əziyyət çəkən Səadət bir müddət xəstəxanada qalaraq müalicə olunub.
Rəşad Əliyev, Bizim.Media