AzTV-nin solistindən ərinə TƏBRİK: “Yer üzündə tanıdığım ən yaxşı kişisən” - FOTO

Hazırda oxunan: AzTV-nin solistindən ərinə TƏBRİK: “Yer üzündə tanıdığım ən yaxşı kişisən” - FOTO

150086

“Səs Azərbaycan” müsabiqəsinin qalibi, AzTV-nin solisti Emiliya Yaqubova həyat yoldaşı iş adamı Tamerlan Təcəddinovla bağlı diqqət çəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı ilə birlikdə çəkilən fotoları “kollaj” edərək, onu doğum günü münasibəti ilə təbrik edib. 

“Doğum günün mübarək, dünyanın ən gözəl, dərin, saf, mehriban gözləri olan oğlan. Gözlər ruhun güzgüsüdür. Və bütün dünya sənin gözlərində işıqlanır. Orada sevgi yaşayır, şəfqət var, anlayış var, dərin və saf bir ruh var... Mən səni görürəm. Sən möhtəşəmsən. Sən təkrarolunmazsan. Sən bu yer üzündə tanıdığım ən yaxşı kişisən. Bu gün sənin haqqında danışmaq istəyirəm. Səninlə tanış olduğum gündən bəri səni izləyirəm. Hər gün, hər il dəyişirsən və güclənirsən, yaxşılaşırsan. Səninlə fəxr edirəm. Sən çox ağıllı, sonsuz mehriban, səmimi, anlayışlı, gülməli, zarafatcıl, atletik, pozitiv, humanistsən. Daim öz üzərində işləyirsən. Sənə heyran olmaqdan, səndən öyrənməkdən əl çəkmirəm”, - deyə Emiliya yazıb. 

Qeyd edək ki, Emiliya 2019-cu ildə avqustun 12-də Tamerlanla ailə qurub. Cütlük evləndikdən sonra Londona köçüb. 











Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin