Xalq artisti Emin Ağalarov anası İrina Ağalarova ilə bağlı kövrək paylaşım edib.
Bizim.Media xəbər verir ki, iyulun 22-də verdiyi konsert zamanı tamaşaçılar arasında əyləşən valideyninə səhnədən səslənən sənətçi onun üçün "Ana" mahnısı ifa edib.
Oğlu Eminin bu ifasına isə İrina xanım kövrələrək, göz yaşı axıdıb. Həmin anları isə Xalq artisti sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
E.Ağalarov sözügedən paylaşımına "Ana" qısa şərhini yazaraq, anasının "Instagram" səhifəsini işarə edib.
Rəşad Əliyev, Bizim.Media