Xalq artisti Röya Ayxan həmkarı Türkan Vəlizadə ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, Röya sosial şəbəkə hesabında illər əvvəl Türkanın iştirak etdiyi “Azəri star” mahnı müsabiqəsindəki çıxışını paylaşıb.
Sözügedən müsabiqədə müğənni Natavan Həbibinin “Ehtiyacım var” mahnısını ifa edən Vəlizadəyə Xalq artistindən dəstək mesajı gəlib.
Türkanın bu ifasından təəəccüblənən Röya paylaşımına bu sözləri yazıb:
“Quzum, sən neylədin? Sən o qızsan? Mən yenə də sənə inanıram...”.
Rəşad Əliyev, Bizim.Media