Müğənni və aparıcı Mehin Hümbətova anası ilə birlikdə atası Hümbətov Məhəddin Mədət oğlunun məzarını ziyarət ediblər.
Bizim.Media xəbər verir ki, onlar bunun üçün Şəhidlər Xiyabanına yol alıblar.
Mehin həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb:
Hümbətova paylaşımına bu sözləri yazıb: "Hər dəfə bura gələndə anam atamla sanki söhbət edir və belə övladlar qoyub getdiyinə görə təşəkkürünü bildirir. Neçə-neçə igid oğullar bu torpaq uğrunda canlarından keçdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!".
Mehin daha sonra anası ilə qucaqlaşdığı görüntülərinə "Ən saf sevgidir valideyn-övlad sevgisi. Təmənnasız və yalansız" şərhini yazıb.
Qeyd edək ki, Mehinin məşhurluqda özündən geri qalmayan digər bacısı isə Günel Hümbətovadır. O, hazırda ABŞ-da yaşayır.
Rəşad Əliyev, Bizim.Media