Müğənni İradə İbrahimovanın mayın 29-da ana olan bacısı, stilist Nigar İbrahimova ailəsi ilə bağlı diqqət çəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, Nigar yeni doğulan körpəsi Rəsulcan, qızı Selcan və həyat yoldaşı Ruslan Saniyevlə bərabər obyektiv qarşısına keçib.
Beləcə, İbrahimova ilk dəfə oğlu Rəsulcanın üzünü nümayiş edib. Ailəsi ilə birgə fotosessiya edən stilist şəkillərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. N.İbrahimova paylaşımında ailəsi və yeni doğulan övladı Rəsulcandan söz açıb:
"Ömrümdən gedən daha bir günə imza atdıq - 29.05.23. Bu tarixə, bu möcüzəyə, ən dəyərli mükafata görə Allahım, sənə təşəkkür edirəm. Həqiqi ananın ən şərəfli bəzəyi ədəbli, tərbiyəli övladlarıdır. Və bir ananın boynundakı ən bahalı mücəvhər övladının sevgi dolu qollarıdır. Ən böyük səadətim övladlarımdır. Allah heç utandırmasın əxlaqlı, imanlı, faydalı övladlar olsunlar. Arzusunda olanlara qismət eləsin gözəl Allahım".
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
23:32 / 27.07.2023
Nigar İbrahimova ilk dəfə körpəsinin üzünü GÖSTƏRDİ - FOTOSESSİYA
Hazırda oxunan: Nigar İbrahimova ilk dəfə körpəsinin üzünü GÖSTƏRDİ - FOTOSESSİYA
Hazırda oxunan: Nigar İbrahimova ilk dəfə körpəsinin üzünü GÖSTƏRDİ - FOTOSESSİYA
148294
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.