Meyxanaçı Rüfət Nasosnunun başına iş gəlib.
Bizim.Media xəbər verir ki, söz xiridarı "MeyXəbər"də qadın sürücünün avtomobilinə vurduğu ziyandan söz açıb.
Rüfət bildirib ki, nəqliyyat vasitəsini düzgün park etmədiyi üçün qadın sürücü təkərini partladıb:
"Bu yaxınlarda bir yerdə maşınımı saxlamışdım. Çox normal yer idi, keçmək də olurdu. Gəlib gördüm ki, biri dodaq boyası ilə yazıb: Belə maşın saxlamaq olmaz. Sonra da baxdım ki, təkərin birini boşaldıb gedib".
Rəşad Əliyev, Bizim.Media