Aparıcı və prodüser Tarix Əliyev (Tolik) şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, izləyiciləri ilə sosial şəbəkə hesabında “sual-cavab” edən Tolik “Həyatınızda sevdiyiniz xanım var?” sualına verdiyi cavabı ilə diqqət çəkib.
“Həyatımda sevdiyim xanım olmayıb. Amma son günlər və aylar bir xanım var ki, sevgimi qazanıb. O da məşhur bir xanımdır. Ola bilər ki, onunla ailə qurum. Çox maraqlı gəlir. Əkizlər bürcü olduğum üçün hisslərimi bölüşə bilmirəm. Amma dürüstəm, istifadəçi deyiləm. Görək də, qismət”, - deyə T.Əliyev bildirib.
Rəşad Əliyev, Bizim.Media