Əməkdar artist Abbas Bağırov Rusiyanın Əməkdar artisti Leonid Aqutinlə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, toy məclislərinin birində rus həmkarı ilə bir səhnəni bölüşən sənətçi gözlənilməz improvizəsi ilə Aqutini təəccübləndirib.
Bununla bağlı Bağırov sosial şəbəkə hesabında paylaşım edib:
“Leonid Aqutin yaradıcılığını çox sevirəm. Onun mahnılarında belə improvizasiya edən ilk ifaçı kimi Aqutin tərəfindən bəyəndiyini də biləndə çox xoş oldu mənə. Bir çox tədbirlərdə bərabər çıxışlarda özü hər dəfə təklif edir ki, oxuyaq. Azərbaycan mahnıları ilə mənim mahnılarımın improvizəsi çox maraqlıdır”.
Rəşad Əliyev, Bizim.Media