Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə ilə qeyri-rəsmi nikahda olan Türkiyə vətəndaşı Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi keçirilib. Qərara əsəsən Mustafa təqsirli bilinərək, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmənın iclas zalından həbs olunub.
Bizim.Media xəbər verir ki, məhkəmənin çıxardığı qərardan narazı qalan Mustafa Apellyasiya Məhkəməsinə müraciət edəcək.
Bununla bağlı iş adamının vəkili Nurlana Quliyeva ekspert qismində iştirak etdiyi “Təsir dairəsi” sosial-ictimai verilişdə məlumat verib. Quliyeva bildirib ki, məhkəmə prosesi hələ bitməyib:
“Təbii ki, məhkəmənin qərarı yalnız yuxarı instansiyalarda müzakirə edilib, ləğv edildiyi halda qüvvədən salına bilər. Mustafa İbili təqsirli bilindi. Biz müdafiə tərəfi olaraq ittiham hökmü ilə razılaşmadıq. Qanunla nəzərdə tutulub ki, 20 gün ərzində Bakı Apellyasiya Məhkəməsinə cinayət kollegiyasına müraciət oluna bilər. Biz də bunu edəcəyik.
Mustafa İbili tərəflər arasında baş verən pul söhbətinin mövcudluğunu danlayıb. Burada ziddiyət rəqəmlərdə, Mustafa İbilinin Cavanşir Məmmədova vəd verməməsindədir. Bir çox nüanslarda təsdiqlənib ki, pulun birbaşa Cavanşir Məmmədova verilməsi şübhə altındadır. Yuxarı instansiyalarda müzakirə olunacaq, nə qərar veriləcək bilmirik.
Narazı qaldığımız məsələlər mübahisələndiriləcək. Mən bu məsələyə son mərhələdə qoşulmuşam. Cavanşir Məmmədov “qalibəm” deyə bilməz. Məhkəmənin çıxardığı qərarı müzakirə etmək düzgün deyil və bizim səlahiyyətimizdə deyil. Biz natamam qalan məsələləri aydınlaşdıracağıq”.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib.
O iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. O isə verilişə gələrək “dələduz” kəlməsinin üstündən götürülməsini istəyib. Bundan başqa Mustafa Cavanşirin qızı Xatirə ilə dini kəbinlərinin olduğunu açıqlamışdı.
- A-
- A
- A+
Şoutaym
12:06 / 25.07.2023
Həbs olunan Mustafa Cavanşir Məmmədovu məhkəməyə VERİR – VİDEO
Hazırda oxunan: Həbs olunan Mustafa Cavanşir Məmmədovu məhkəməyə VERİR – VİDEO
Hazırda oxunan: Həbs olunan Mustafa Cavanşir Məmmədovu məhkəməyə VERİR – VİDEO
147874
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.