Lalə Azərtaş: “Cavanşir Məmmədov məhkəmə qərarının əvvəlcədən necə sonlanacağını bilirdi” – VİDEO 

Hazırda oxunan: Lalə Azərtaş: “Cavanşir Məmmədov məhkəmə qərarının əvvəlcədən necə sonlanacağını bilirdi” – VİDEO 

147773

“Hamı mənə bu sualı verirdi: Cavanşir Məmmədovla Mustafa İbili məsələsinin sonu necə oldu? Cavab verirdim ki, birinci günü gözləyək. Bilirdim ki, bu gün hökm oxunacaq. Vəkilimiz orada idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Lalə Azərtaş aparıcısı olduğu “Təsir dairəsi” ictimai-sosial verilişində deyib. 

Lalə Əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirə ilə qeyri-rəsmi nikahda olan Türkiyə vətəndaşı, iş adamı Kemal Mustafa İbili arasında olan məhkəmə prosesindən söz açıb.

Aparıcı vurğulayıb ki, C.Məmmədovun məhkəmə qərarını əvvəlcədən bilməsi onun üçün qaranlıq qalıb: 

“Mənim məhkəmənin həftənin birinci günü olacağını bildiyim kimi, Cavanşir Məmmədov da məhkəmənin necə sonlanacağına əmin idi. Adam hər şeyi bilirdi. Dayanmadan deyirdi: baxarsan, elə məhkəmə zalında həbs olunacaq. Hər şeyi detallı şərh edirdi. Əmin oldum ki, Cavanşir Məmmədov sadəcə yaxşı müğənni deyil, həm də altıncı hissi çox güclüdür. Adam əminliklə bir neçə gün əvvəl baş verən hadisələrin proqnozunu verdi. Dediyi kimi oldu. Mustafanı elə məhkəmə zalında həbs etdilər. Vəkilimiz iştirak edirdi prosesdə, gəlib danışacaq. Cavanşir Məmmədovu anlayıram, puluna görə yanırdı. Amma proses ərəfəsində deyilən məsələlər qaranlıq qalırdı. Hakimin hansı hökm oxuyacağını heç kim bilə bilməz. Görünür ki, olurmuş. Cavanşir Məmmədov demişdi ki, hökm verilən günü verilişə gələcəm. Deyirdi ki, aldığım pul verilişdəkilərə paylanacaq. Amma sözünü tuta bilmədi.

Məhkəmənin qərarı müzakirə olunmur, çıxarılan hökmə hörmətlə yanaşırıq. Məhkəmənin aliliyinə inanan insan olmuşam. Hökmün öncədən bilinməsinin, onun 10 milyon qarşısında deyilməsinin tərəfdarı deyiləm. Bu, məhkəmənin qərarına kölgə salır. Cavanşir Məmmədov “intizam alınacaq” dedi, adamdan intizam alındı. “Həbs olunacaq” dedi və adam həbs olundu. “Bu maddə ilə heç kim onu qurtara bilməyəcək” dedi və elə də oldu”. 
Qeyd edək ki, Mustafa İbili sözügedən verilişə pənah gətirərək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı.

Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Bu gün isə Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin