Türkiyənin superstarı Ajda Pekkan İzmirdə canlı solo konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, “Çeşme Open Air Theatre”də hitlərini ard-arda düzən 77 yaşlı sənətkar səhnə perfomansı ilə tamaşaçıları coşdurub.
“Sana Neler Edeceğim” nəğməsini səsləndirən Ajdanın mahnı necə “sümüyünə” düşübsə, özünü saxlaya bilməyib. Mahnı sədaları altında Pekkan qol qaldırıb oriental rəqs edib. Pop ulduzu seyr etməyə gələn tamaşaçılar isə onu alqışlara qərq ediblər.
Sosial şəbəkələrdə yayılan həmin görüntüləri sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media