Müğənni Natavan Həbibi uzun müddətdən sonra ilk dəfə efirə çıxıb.
Bizim.Media xəbər verir ki, sənətçi dörd yaşlı oğlu Zeydlə birlikdə “Gül kimi şou” verilişinin qonağı olub.
Həbibi bu müddət ərzində evdə oturaraq zamanının çox hissəsini övladı ilə keçirdiyini bildirib:
“Evdəyəm, vaxtımı Zeydlə keçirirəm. Tək studiyaya və ya harasa gedəndə özümü qınayıram. Zamanımı onunla keçirmək istədiyim üçün çox vaxt evdə oluram. Albom üzərində işləyərkən dayəmiz var idi. İndi isə dayə yoxdur. Başa düşmüşəm ki, ananın sevgisizliyindən əsas da oğlan uşaqları eqoist olur. Bu səbəbdən oğlan uşaqları böyüyəndə ciddi psixoloji travmalar keçirirlər. İstəyirəm ki, ailəsi ilə daha çox vaxt keçirsin. Ailə və dəyərlərin nə olduğunu bilsin. Uşaqları bağçaya qoyanda onlar elə düşünürlər ki, valideyinləri bir müddətlik tərk edirlər. Zeydin baxçaya getməsini istəməzdim. Bütün vaxtını istəyirəm oğlum ailəsi ilə keçirtsin. Ailə nədir, dəyərlər nədir uşaqlıqdan artıq qanında həkk olunsun. Oğlum özümüz kimi rus dillidir. Zeyd kameralardan çəkinmir. O elə bütün günü kameranın qarşısındadır”.
Qeyd edək ki, Natavan Həbibi televiziya kanallarının rəhbərlərindən qonorar tələb etdiyi üçün uzun müddətdir efirlərə çıxmırdı.
Rəşad Əliyev, Bizim.Media