“Gözəl və səmimi insan Natəvan Babayeva xərçəng xəstəliyindən dünyasını dəyişdi. Çox üzücü xəbərdir. O gözəl xanım və ana idi. 2011-ci ildə Vahid müəllim (ANS televiziyasının rəhbəri Vahid Mustafayev – red.) yanıma göndərdi. Dedi ki, mövsümün açılışına imicimi dəyişmək lazımdır. Mən də böyük məmnuniyyətlə onunla işlədim. Ona deyirdim ki, ANS-də ən gözəl aparıcılardan sizsiniz. Onun saçının rəngini ilk açan və dəyişən mən olmuşam”.
Bizim.Media xəbər verir ki, bu sözləri məşhur stilist Samir Əliyev (Samiraldo) sosial şəbəkə hesabında paylaşdığı video açıqlamasında deyib.
Samir ötən gün xərçəngdən vəfat edən mərhum televiziya aparıcısı Natəvan Babayevanın əl açıq və dürüst bir insan olduğu haqda bir hadisəni danışıb:
“Günlərin bir günü Natəvan mənə zəng elədi. Sual verdi ki, siz haradasınız? Cavab verdim ki, işdəyəm. Söylədi ki, səninlə işim var, sizi görmək istəyirəm. Dedim ki, nə zaman istəyirsiniz gəlin, işdəyəm. İşimə gəldi və gördüm ki, ovucunun içində pul var. Dedi ki, maaş almışam bunu sənə verirəm. Saçımı rəngini və imicimi dəyişdiyinə görə. Onun bu hərəkəti mənə toxundu. Söylədim ki, yox bunu ANS ödəyib. Söylədi ki, mən də öz adımdan istəyirəm sizə nəsə ödəyim.
Dedim ki, düzgün deyil siz maaş almısınız bunu mənə verirsiniz. Onu yola saldım. Amma gördüm ki, həmin pul stolumun üstündə idi. Bir müddət Natəvanı bu hərəkətinə görə, danışdırmadım. Sonra ANS-dən mənə zəng elədilər ki, Natavanı qəbul elə. Onu yenə qəbul etdim.
O insanı belə dürüst, gözəl, stilistlərə qiymət verən insan kimi tanımışam. Allah ona rəhmət eləsin. Natəvan xanımın 14 yaşında oğlu var. O, oğlu ilə yanıma gəlirdi. Həyat budur, bu gün varsan sabah yoxsan”.
Qeyd edək ki, Natavan Babayeva illər əvvəl keçmiş ANS televiziyasında çalışıb. O son illər AzTV-də xəbərlər verilişinin aparıcısı olub. Natavan uzun sürən onkoloji xəstəlikdən ötən gün Milli Onkoloji Mərkəzində 46 yaşında dünyasını dəyişib. O bu gün Salyan rayonunda dəfn olunacaq.
Rəşad Əliyev, Bizim.Media