Bir neçə gün əvvəl təmtəraqlı şəkildə toyu olan aparıcı Çinarə Əliyeva həyat yoldaşı plastik cərrah Ruslan Rəsulla Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) bal ayına yollanıblar.
Bizim.Media xəbər verir ki, Dubayda istirahətin dadını çıxaran cütlük orada çəkilən görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Çinarə və Ruslan futuristik üslubda tikilən “Dubai Museum of The Future 2023” muzeyinə baş çəkiblər.
Onlar həmçinin birlikdə hovuzda çimən zaman çəkdikləri romantik selfiləri ilə diqqət çəkiblər.
Rəşad Əliyev, Bizim.Media