Mehin Positanoda dəfn edilən Qurban Səidin məzarını ziyarət etdi – VİDEO 

Hazırda oxunan: Mehin Positanoda dəfn edilən Qurban Səidin məzarını ziyarət etdi – VİDEO 

146997

Xəbər verdiyimiz kimi, müğənni və aparıcı Mehin Hümbətova İtaliyanın cənubunda qayalı yamaclarda yerləşən Positano adlı kəndə tətilə yollanıb. 

Bizim.Media xəbər verir ki, Mehin istirahət zamanı ömrünün son 4 ilini Positanoda yaşayan və orada dəfn olunan “Əli və Nino” əsərinin müəllifi Qurban Səid təxəllüsü ilə məşhurlaşan azərbaycanlı yazıçı Məhəmməd Əsəd bəyin məzarını ziyarət edib. 

Hümbətova yazıçının məzarının görüntülərini çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Mehin bildirib ki, şair müsəlmanlar kimi dəfn olunub:

“Qurban Səid dəfn olunmazdan əvvəl müsəlmanlar kimi üzü Qibləyə, Məkkəyə torpağa tapşırılmasını istəyib. Onun bu istəyi nəzərə alınıb”. 

Qeyd edək ki, Şuşa şəhərində 1887-ci ildə anadan olan Q.Səid 1942-ci ildə dünyasını dəyişib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin