Ötən gün Əməkdar artist Nigar Şabanovanın böyük ölçülü brilliant üzüyü barmağına taxma videosunu sosial şəbəkə hesabında paylaşması gündəm olub. Belə ki, izləyicilər sənətçinin ikinci dəfə ailə qurmasını yazıblar.
Bizim.Media xəbər verir ki, müğənni səhifəsində şayiələrə səbəb olan evlilik məsələsinə videoaçıqlaması ilə son qoyub.
Nigar bildirib ki, yenidən ailə qurub, səhv etmək fikri yoxdur:
“Növbəti dəfə elə bir səhv etmək fikrim yoxdur. Paylaşdığım üzüyün 500 min qiyməti var. İnternetdən götürmüşəm. Şərhlərdə yazıblar ki, hər il birinə ərə gedib qızıl yığır. Şükür Allaha, Nigarın evində olan qızıllar heç kimdə yoxdur. Halal zəhmətimlə, dünyanın hər yerində konsertlərdə, toyda oxumağımla qazanmışam. Allah sizə də o qədər qızıl qismət etsin ki, başqalarına baxmayasınız. Üzüyün sadəcə modelini bəyənib paylaşdım. Heç bir şey yoxdur. Şükür ki, yoxdur. Bir də elə səhvə yol vermərəm”.
Qeyd edək ki, iki il əvvəl XTQ zabiti Xəyyam Qaragözovla ailə quran Nigar daha sonra ondan qalmaqallı şəkildə boşandığını açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:54 / 19.07.2023
Nigar Şabanova: “Yazırlar ki, hər il birinə ərə gedib qızıl yığır” - VİDEO
Hazırda oxunan: Nigar Şabanova: “Yazırlar ki, hər il birinə ərə gedib qızıl yığır” - VİDEO
Hazırda oxunan: Nigar Şabanova: “Yazırlar ki, hər il birinə ərə gedib qızıl yığır” - VİDEO
146962
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.