Əməkdar artist Sevda Əliqızın oğlunun ailəsi dağılıb.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.
Oğlunu bacısı qızı ilə evləndirdiyini bildirən Sevda cütlüyün ayrıldığını açıqlayıb:
“Bir azdan mən ulu nənə olacağam. Böyük nəvəmin artıq 19 yaşı var. O zamanlar isə gəlinimiz bacım qızı idi. Amma bu mövzu haqqında danışmaq istəmirəm. Əsas odur ki, oğlum çox xoşbəxtdir, uşaqları yanındadır. Başqa heç nə istəmirəm. Qohum elə qohum kimi qalsa yaxşıdır”.
Rəşad Əliyev, Bizim.Media