Türkiyədən deportasiya edilən Asyanın səhnədə nalayiq ifadə işlətməsi QALMAQAL YARATDI - FOTO/VİDEO 

Hazırda oxunan: Türkiyədən deportasiya edilən Asyanın səhnədə nalayiq ifadə işlətməsi QALMAQAL YARATDI - FOTO/VİDEO 

146643

Mahnılarında açıq-aşkar narkotiki təbliğ etdiyi səbəbi ilə Türkiyədən deportasiya edilən azərbaycanlı repçi Asya Əlizadə ötən şənbə konsert proqramı ilə çıxış edib. 

Bizim.Media xəbər verir ki, gecədə Asyanın tamaşaçılar önündə səhnədə özünü həddindən artıq səmimi göstərmək üçün dilə gətirdiyi “Mən, çantam və (nalayiq ifadə) sizi salamlayırıq” görüntüləri sosial şəbəkədə yayılaraq gündəmə səs salıb. 

İzləyicilər Əlizadənin bu hərəkətini “başına qaxınc edib”, tənqid atəşinə tutublar. Sözügedən kadrları müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında paylaşaraq “Belə konsert ancaq bizdə ola bilər.
Qorxuram sabahdan bizim müğənnilər arasında trend ola. Tamaşaçılara da lap ləzzət elədi” şərhini yazıb. 

Qafarzadənin bu paylaşımına Əməkdar artist Könül Kərimova “Bizdə belə deyil ki? Sadəcə, dilə gətirmirlər” şərhini əlavə edib. Aparıcı Sərxan Kərəmoğlu isə “Elələri bizdə var, deməyə nə var ki... Onu göstərmək lazımdır. Bizdə onu gözə soxurlar” fikrini bildirib. 
 



Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin