Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə adından söz etdirib.
Bizim.Media xəbər verir ki, sənətçi “Sözbaz” maqazin verilişinə müsahibəsində dəbdəbəli villasında qurduğu şəraiti bahalı otələ bənzədib.
“Bu yay heç yerə gedə bilməyəcəm. Çünki bu yay yalnız konsert məşqlərini edəcəm. İstirahətimi evimdə edəcəm. Ən gözəl otel öz evimdir”, - deyə Röya vurğulayıb.
Qeyd edək ki, Xalq artisti Röya Ayxan sentyabrın 1, 2 və 3-də Bakı Konqres Mərkəzində canlı konsert proqramı ilə çıxış edəcək.
Rəşad Əliyev, Bizim.Media