Ötən gün meyxanaçı Namiq Qaraçuxurlu 14 il sonra Yaşıl Teatrda canlı solo konsert proqramı ilə çıxış edib.
Bizim.Media xəbər verir ki, sənətçi yeni bəstələri ilə yanaşı gecədə sevilən nəğmələrini səsləndirib.
Konsert zamanı Namiqin qızı Saranın səhnəyə çıxması isə gecənin sürprizinə çevrilib.
Övladını görən Qaraçuxurlu "Çox təəccüblüdür ki, Sara heç vaxt belə şeylərə razı olmur. Efirlərdə görünməyi sevmir. Bilmirəm nə oldu, iki gün əvvəl belə bir plan yox idi" sözlərini dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media