Brilliant: "Rafael Dadaşov özünü kondisionerlə məhv etdi" - VİDEO

Hazırda oxunan: Brilliant: "Rafael Dadaşov özünü kondisionerlə məhv etdi" - VİDEO

146473

"Çoxunuzdan nigaranam. Sual verirsiniz ki, kondisionersiz necə dayanırsınız? Belə necə yaşamaq olar? Günəş Allahın bizə verdiyi lütfdür. Yay ayları çox qısadır. Günəş şüalarını qəbul etmək lazımdır".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşdığı videomüraciətdə deyib.

Sənətçi mərhum əmisioğlu, aktyor Rafael Dadaşovun ağciyərlərinə su yığılmasını birbaşa kondisionerlə əlaqələndirib:

"Bir çox həkimlərimiz deyir ki, günəş şüaları ziyandır. Amma kondisioner ondan da zərərlidir. Ən pisi də odur ki, kondisioner altında yatan insanlar var. Bu, çox təhlükəlidir, fəsadları ağır olur. Əminəm ki, əmimoğlu Rafael Dadaşov da özünü kondisionerlə məhv etdi. Sağlam bədənində ağciyərinə su gəlməsi nə demək idi? Ona dəfələrlə deyirdim ki, lazım deyil. Çox pis vərdişdir. Günəşə birtəhər dözmək lazımdır. Adam sonra öyrəşir. Amma kondisioner altında oturanda bundan imtina etmək olmur. Makiyajıma görə arada kondisionerdən istifadə edirəm, amma sonra 2-3 gün özümə gələ bilmirəm".

Qeyd edək ki, aktyor 2019-cu il dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü. Mərhum sənətkar R.Dadaşov 2020-ci il martın 16-da tarixində vəfat edib.

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin