“Elə bir arzum yoxdur ki, ona çatmayım. Bütün arzularıma çatıram”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “MTV maqazin” verilişinə müsahibəsində deyib.
Sənətçi bu yay istirahətdən çox sentyabrda baş tutacağı konsert hazırlıqlarını və məşqlərini edəcəyini bildirib. Röya hətta konsertə görə, oğlu ilə tətil planlarını da təxirə saldığını açıqlayıb:
“İki ay bu isti havalarda, günün altında konsert məşqlərim olacaq. Amma günortalar öz evimdə, hovuzun kənarında olacağam. Mən özüm üçün elə bir şərait yaratmışam ki, heç bir yerə uçmaq lazım deyil. Düzdür, oğlum Hüseynlə tətilə gedəcəyimizi fikirləşmişdik. Oğlumu bir çox yerlərə göndərdim, sonra ona dedim ki, iki ay mən evdən çıxa bilməyəcəyəm. Bu zamanda bir yerdə ana-oğul istirahət edərik”.
Qeyd edək ki, Röya Ayxan sentyabrın 1,2 və 3-də Konqres Mərkəzində canlı solo konsert proqramı ilə çıxış edəcək.
Rəşad Əliyev, Bizim.Media