Namiq GİLEYLƏNDİ: “Dəstəyimlə yaşayan insanların qəlblərində mənə qarşı narazılıqları var” - VİDEO

Hazırda oxunan: Namiq GİLEYLƏNDİ: “Dəstəyimlə yaşayan insanların qəlblərində mənə qarşı narazılıqları var” - VİDEO

146024

“Pulum artandan sonra düşüncəmdə heçnə dəyişməyib. Həyat tərzim də o qədər dəyişməyib. Dostumun anasının bir gözəl sözü var, imkanın çox olanda gərək, elə yaşayasan ki, olmayanda çox hiss etməyəsən. Mən o həyat tərzini seçmişəm ki, imkanımın olmamasına da özümü hazırlamışam.

Çünki bu, həyatdır, bizim böyük biznesimiz yoxdur. Hətta iş adamlarının da biznesi “fani”dir. Yatdın-durdun insanlar səni tədbirlərə çağırmadılar, konsertlər olmadı, sevgi azaldı. Ona görə də mən çalışıram, özümü o həyata öyrəşdirim. Hər şey hər anda pis ola bilər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.

Söz ustadı ətrafında maddi dəstək durduğu insanların buna rəğmən ona qarşı narazı olduqlarını bildirib: 

“Ətrafa olan münasibətim dəyişib. Təəssüflər olsun ki, illər keçdi və mən başa düşdüm ki, ətraf artıq o ətraf deyil. Ətraf səndən istifadə etməyi sevir. İstifadə edib də narazı qalmağı sevir. Bu isə ən yaralı yerimdir. Ələmişəm o ətrafı. Amma elə insanlar var ki, onları ələyə bilmirsən.

Çünki onlar sənə çox yaxın insanlardır. Ən yaralı yerimdir. Hiss edirəm ki, mənim dəstəyimlə yaşayan insanların qəlblərinin dərinliyində narazılıqları var. Yəni, Namiq onlara yaxşılığı çox edə bilər, amma az edir. “Əlini verirsən, qolun gedir” məsələsi”. 

Proqramın gedişatında verilişin aparıcısı Tural Əsədovun “Neçə övladınız var? Vikipediada bir qızınızın olduğu yazılıb” sualına Namiq “Mən şəxsi məsələlərimi danışmıram. Buna görə də bu suala cavab verməyəcəyəm” deyərək fikirlərinə belə davam edib: 

“Təbii ki, çox istəyərəm, ailə başçısı kimi çox sayda uğur qazanım. Vikipediyada varsa bu məlumat onda məndən niyə soruşursunuz. Əgər bir qızım ınolduğu yazılıbsa, onun sayını çoxaldarıq. Narahat olmayın!” 

Qaraçuxurlu, həmçinin bildirib ki, əvvəlki illərdən fərqli olaraq onu aldatmaq çox çətindir:

“Əvvəllər çox aldanırdım. Amma indi məni aldatmaq çox çətindir. Zamanında çox aldanmışam və aldana da bilirəm. Amma faizə baxanda məni daha əvvəllər çox aldadırdılar. Məsələn, şəxsi məsələlərdə çox aldanmışam. İş baxımından bir sıra insanlar olub ki, onlara çox inanmışam. Onlarla işlər qurmuşam, amma sonradan məni aldadıblar.

Gecə ilə filankəs ağlayaraq zəng vurub ki, qohumunun vəziyyəti pisdir ona pul lazımdır. Mən də o pulu vermişəm ona. Sonradan həmin insan yoxa çıxıb, bilinib ki, xəstəsi yox imiş, kimisə məndən əvvəl aldadıb.
Təsəvvür edin ki, indiyə kimi aldanmasaydım maddiyyatla bağlı hansı yerlərdə idim. 2-3 il ərzində aldanmaq məsələsini beynimdə tənzimlədim ki, bir daha aldanmayacağam. Bunu edəndən sonra həyatımda bir çox irəliləyişlər oldu ki, hansı ki 20 il ərzində bunu edə bilməmişdim. Bir sözlə, bu aldanmaq məsələsi özünü hər mənada göstərir”.
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin