Röya: “Səhnədə ucuz səslər çoxalıb, beynimi yorur” – VİDEO 

Hazırda oxunan: Röya: “Səhnədə ucuz səslər çoxalıb, beynimi yorur” – VİDEO 

145985

“İndi bu sənətdə səs tembri ilə bağlı çox böyük aclıq var. Bir dənə söz var, onu demək istəmirəm. Bu dəqiqə ucuz səs tembrləri çoxdur. İnsanın beynini yorur. Çox ucuz səslər və eyni tərzlər... Ona görə, belə qərara gəldim ki, biz dayanıb, yerimizdə saymamalıyıq. Yeni səsləri dostluq edib, ortaya çıxarmalıyıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu “Səhərin səsi” verilişində deyib. 

Səhnədəki ucuz səslərdən şikayətlənən Röya onlardan uzaq qaçdığını dilə gətirib: 

“İsmayıl qardaşım və Aygül xalam qızı olmasaydılar belə, onlara dəstək çıxacaqdım. Əgər tembr gəşəng səslənirsə, qoy, səhnəyə çıxsın. O ucuz səslərdən yorulmuşam. Şükürlər olsun ki, o səsləri radioda yayımlamırlar.
Azərbaycan radiolarına çox böyük təşəkkürümü bildirirəm. O səslər ancaq telekanallarda və sosial şəbəkələrdə, internetdə var. Çox istəyirəm ki, o ucuz səslər qabağıma çıxmasın. Məndən uzaq olsun”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin