Mehin Hümbətova: “Başqasının uğurunu həzm edə bilməyən millətik” – FOTO 

Hazırda oxunan: Mehin Hümbətova: “Başqasının uğurunu həzm edə bilməyən millətik” – FOTO 

145979

“Bizim cəmiyyətdə həqiqətən, böyük problemlər var. Çox aqressiv millətik. Başqasını alqışlamağı, kompliment etməyi bacarmayan millətik”.

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni və aparıcı Mehin Hümbətova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Hümbətova aqressiya və neqativ saçan gənc nəsilə məsləhətlər verib: 

“Öz üzərində işləməyib, inkişafdan geri qalan, heç bir peşəyə yiyələnməyən, məqsədsiz və uğursuz insanlar başqalarının uğurunu həzm edə bilmir. Bu, çox acınacaqlı vəziyyətdir. Bu təfəkkür, gələcək nəsilə ötürülən ən xırda aqressiya məni qorxudur.
Özünüzə vaxt ayırın, öz həyatınızı, düşüncələrinizi, fiziki və ruh halınızı inkişaf etdirməyə başlayın. O zaman kim hansı geyimi neçəyə alıb deyə düşünmək əvəzinə, sizə yaraşan və uyğun olan həyatı seçməyə başlayacaqsınız. Mənim daxilimdə hər kəsə yetəcək qədər sevgi var”. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin