“Azərbaycan Yazıçılar Birliyinə üzv olduğum üçün məni çox qısqanırlar. Bir adamın ki, 16 kitabı olsun və onun bir şeiri əzbər bilinməsin, mahnı bəstələnməsin... Amma Elzanın bir kitabında bütün şeirlər əzbər bilinir, uşaqdan böyük şairlərə qədər o sitatlarlarla danışırlar, mənim “Tikim sizin ağzınızı” sözündən istifadə edirlər. Başqa söz tapmırsınız? Bir-birinizlə “tikim sizin ağzınızı” sözü ilə danışırsız. Artıq bu kəlməm “atalar sözü”nə çevrilib”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Səhərin səsi” verilişində deyib.
Azərbaycan Yazıçılar Birliyinə üzv olması ilə bağlı tənqidlərə məruz qalan sənətçi şair Mürvət Qədimoğludan söz açıb. Seyidcahan bildirib ki, Qədimoğlu ona qarşı haqsızlıq etdiyi üçün avtomobil qəzası keçirib:
“Mənim üzv olduğuma görə Azərbaycan Yazıçılar Birliyindən çıxmaq istəyən bir şair var, onu avtomobil vurub. O, aparıcı Lalə Azərtaşın verilişinə çıxmışdı. Orada dedi ki, yolda gedəndə onu avtomobil vurub. Həmin şair xəstəxanadadır. Tövbə etmir ki, Elza Seyidcahana qarşı haqsızlıq etmişəm. Deyir ki, Elza olan qurumda mən ola bilmərəm. Allah ona şəfa versin! Mən hər bir şairə hörmətlə yanaşıram”.
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə seçilməsi yazar Mürvət Qədimoğlu Həkərinin qurumdan istefasına səbəb olub.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:54 / 12.07.2023
Elza Seyidcahan: “Tikim sizin ağzınızı” şeirim atalar sözünə çevrilib - VİDEO
Hazırda oxunan: Elza Seyidcahan: “Tikim sizin ağzınızı” şeirim atalar sözünə çevrilib - VİDEO
Hazırda oxunan: Elza Seyidcahan: “Tikim sizin ağzınızı” şeirim atalar sözünə çevrilib - VİDEO
145824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.