Bəstəkar və müğənni Murad Arif paytaxt Bakıdakı tıxaclardan şikayətlənib.
Bizim.Media xəbər verir ki, sənətçi məsələ ilə bağlı sosial şəbəkə hesabında videomüraciət yayımlayıb.
Murad "Sahil" metrostansiyası yaxınlığında iki saatdan çox tıxacda qaldığını bildirirək əsəbləşib:
"Şəhərdə nə baş verir anlamıram. Tətil vaxtıdır. Saat yarımdır ki, "Sahil" metrosunun qarşısında dayanmışıq. Düşünün ki, işə, səhnəyə gedirik. Gecikməkdən ən çox qorxan insanam. Dəvət olunduğum yerə 1 saat tez gedərəm. Təsəvvür edin ki, hansı əsəb və həyəcan içindəyəm. Sağda-solda bu qədər maşın var. Bunun içində xəstəsi, darda olan insanı var. Niyə bir şey fikirləşmirlər? Və ya niyə bu insanları düşünmürlər"
Daha sonra M.Arif "Gecikmək mənim üçün stres, dramadır.
Şəhərdə heç kim bu biabırçılıqdan sığortalanmayıb, nə yazıq ki. 50 dəqiqəlik yolu 2 saat 30 dəqiqə etdik" deyə o, əlavə olaraq fikirlərini diqqətə çatdırıb.
Rəşad Əliyev, Bizim.Media