"Yalan detektoru" Cavanşirin "kürəkəni"nin yalanını üzə çıxardı – VİDEO

Hazırda oxunan: "Yalan detektoru" Cavanşirin "kürəkəni"nin yalanını üzə çıxardı – VİDEO

145762

Xəbər verdiyimiz kimi, "Təsir dairəsi” ictimai-sosial verilişində Əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqal səngimək bilmir. Tərəflər arasında kimin haqlı və kimin haqsız olduğunu üzə çıxarmaq üçün Mustafa proqramın ötən buraxılışında "Yalan detektoru"na əyləşmişdi.

Bizim.Media xəbər verir ki, verilişin bugünki buraxılışında "Yalan detektoru"nun nəticələri açıqlanıb.

Proqramın aparıcısı Lalə Azərtaşın "Cavanşir Məmmədovdan pul almısan?" sualına "Xeyr" deyə cavab verən Mustafanın yalan söylədiyi üzə çıxıb. Belə ki, "Yalan detektoru" Mustafanın yalan danışdığını və Cavanşir Məmmədovdan pul aldığını göstərib.

Lalənin ünvanladığı "Cavanşir Məmmədovun qızı Xatirə ilə harada tanış olmusan?" növbəti suala Mustafanın cavabı ""Facebook"da olsa da, "Yalan detektoru" onun söylədiyini təsdiqləyib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. O iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb.

M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 

Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. O isə verilişə gələrək "dələduz" kəlməsinin üstündən götürülməsini istəyib.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin