Seyidcahanın anası efirə zəng vurdu: “Lalə, utanmırsan?...” - VİDEO

Hazırda oxunan: Seyidcahanın anası efirə zəng vurdu: “Lalə, utanmırsan?...” - VİDEO

145620

Xəbər verdiyimiz kimi, Lalə Seyidacahan “Bizimləsən” ictimai-sosial verilişinə çıxaraq bacısı Əməkdar artist Elza Seyidcahanla uzun illərdir aralarındakı qalmaqallardan danışıb.

Bizim.Media xəbər verir ki, bir-biri ilə küsülü olan bacıların anası Seyidcahan Əhmədova proqramın canlı efirinə qoşularaq, Lalənin ittihamlarına sərt şəkildə reaksiya bildirib. 

“Özünü meymun gününə qoyub, efirinizə çıxıb. Elza üçün sən nə etmisən? Elzanı oxutdurmusan, yeməyini almısan, övladlarını saxlamısan? Yanında getmisən, o da sənin pulunu verib. Utanmazın biri utanmaz. Belə şey olar? Bunların məndən xəbərləri yoxdur. Elza qohumlara da mənə də, yada da yardım əlini uzadır.
Lalə, nə istəyirsən Elzadan? Nə haqqın var? Səni iki universitetdə oxutdurmuşam, övladlarını evləndir. Ev alıb, ev tikdirirsən, nə istəyirsən bizdən? Bunların atasından mənə heç qaşıq da qalmayıb. Biabır olasınız sizi. Utanmırsan? Bu qədər yetim-yesir qalıb, indi Zaur sənin dərdini çəkəcək”, - deyə S.Əhmədova vurğulayıb. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin