Aparıcı Ülvira Qarayevanın qızı Zeynəb Türkiyədə Atatürk Universitetinin məzunu olub.
Bizim.Media xəbər verir ki, Ülvira övladının özəl günündə onunla birliklə çəkilən fotolarını sosial şəbəkə hesabında paylaşaraq bu anı yeddi il gözlədiyini dilə gətirib.
“Bu günü 7 il gözlədim. İyunun 22-də qızım Atatürk Universitetinin tibb fakültəsindən məzun oldu.
Məzuniyyət mərasimində hər məzunu adı ilə çağırıb diplomlarını verdilər. Valideynlər qürurlu, məzunlar sevincli idi - əziyyətlərinin bəhrəsini gördülər. Qızım öz dostları ilə bərabər çox çətin yol gəldi, dərslər çox ağır, müəllimlər həm əzazil, həm də mərhəmətli. Atatürk Universitetinin diplomu çox güclüdür, İngiltərəyə qədər tanınır.
Deyirlər, Atatürk Universiteti Ankarada olsaydı, Hacettepe ilə yarışardı. Dostlar, qızlarınızı oxudun, mütləq oxusunlar. Ali təhsil vacib deyil, qazandıran peşələri olmalıdır, mütləq. Qızlarımız halal zəhmətlə pul qazansın, özlərinə arxayın, özgüvənli olsunlar, həyatdan qorxmasınlar, ayaq üstə dik dursunlar. Bütün gənclərin yolları açıq olsun”, - deyə Ülvira yazıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:01 / 10.07.2023
Ülviranın qızı Türkiyədə məzun OLDU: “Bu günü 7 il gözlədim” – FOTO
Hazırda oxunan: Ülviranın qızı Türkiyədə məzun OLDU: “Bu günü 7 il gözlədim” – FOTO
Hazırda oxunan: Ülviranın qızı Türkiyədə məzun OLDU: “Bu günü 7 il gözlədim” – FOTO
145427
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.