Lalə Seyidcahan AĞLADI: “Elzasızlığa artıq öyrəşdim” – VİDEO 

Hazırda oxunan: Lalə Seyidcahan AĞLADI: “Elzasızlığa artıq öyrəşdim” – VİDEO 

145420

“Elzanı doğum günü münasibətilə təbrik etməyəcəm. Çünki o 5-6 ildir ki, mənim ad günümü təbrik etmir. O mənim 7-8 ilimi doldurmasa, yalnız atamın anamın qızı olacaq, mənim bacım yox. Biz elə bacılarıq ki, bir-birimizə hörmət edirik. Görürsünüz, ona Elza xanım deyə müraciət edirəm. Onu mən elə-belə demirəm. O mənim dilimdədir artıq. O onu qazanıb”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə “Elgizlə izlə” ictimai-sosial verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, uzun illərdir bacısı ilə danışmadığı üçün artıq Elzasızlığa öyrəşib: 

“Elza məndən üzr istəsin, mən də onu bağışlayacağam (ağlayır). Mən Elzasızlığıa artıq öyrəşmişəm. Çünki o mənim sənət əsərimdir. O mənim manikenimdir. Mərhum İlhamə xanım Quliyeva əl çaldırdı mənim üçün ki, belə bir bacıdan yoxdur. O görürdü ki, necə Elzanın zəhmətini çəkirəm. Nəyə görə ağlayıram? Çünki o bizdə belə bir səhvləri görməməli idi. Mənim üçün Elzasızlıq çox çətindir, amma mən buna artıq öyrəşdim. Vaxt var idi ki, bir nəfər deyirdi ki, Allah ona rəhmət eləsin, çox yaxşı qız idi. Mənə ana timsalında bacı deyirdilər”.

Lalənin bu kövrək müsahibəsinə isə sözügedən verilişdə doğum gününü qeyd edən Elza ağlayaraq bu sözləri dilə gətirib: 

“Çox sevinirəm ki, bacım belə şən və xoşbəxtdir. O gözəl etiraf etdi ki, “Elzasızlığa öyrəşdim”. Kövrəlirəm, amma mən də istəyirəm ki, onlar mənsizliyə öyrəşsinlər (ağlayır). Mənim yanımda olanda onlar üçün çox çətin olur. Çox sevinirəm ki, onun öz işi və ətrafı var. Hər zaman o yanımda olanda mənə də, ona da çətin olur. Ana öz övladından necə ayrı qala bilər? Oğlumu evləndirmişəm, o məndən ayrı qalır, amma qızım evli olsa da, mənimlə qalır.

Arzu edirəm ki, qızımın da evi olsun və o da ayrı yaşasın. Bacılarım məndən də savadlı, dünya görüşlü, bacarıqlıdırlar. Nəyə görə onlar məndən yapışıb qalmalı və mənə arxayın olmalıdırlar? Onların hər birinin işi, ailəsi, xoşbəxt övladları var”. 
Qeyd edək ki, bir necə ay əvvəl Lalə Seyidcahan maqazin verilişlərinin birinə müsahibə verərkən “Elza bizim nəslimizi geri saldı” sözləri ilə bacısından incik düşdüyünü və küsülü olduğunu açıqlamışdı. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin