Müğənni Zamiq Hüseynov yeni klipini sevənlərin ixtiyarına verib.
Bizim.Media xəbər verir ki, sənətçi repertuarına yenicə daxil etdiyi, sözləri Orxan Qarabasma, musiqisi isə özünə məxsus "Əfsanə" adlı bəstəyə ekran həyatı verib.
Ekran işinin rejissorluğu Emin Muradova həvalə olunub. Sevgi dolu pozitiv nəğmə, iki gəncin saf sevgisindən bəhs edir. Klipdə Zamiqin tərəf müqabili rolunda Nərminə Əliyeva çəkilib.
Hüseynovun bir neçə obrazda yer aldığı klipi, retro janrında çəkilib.
Rəşad Əliyev, Bizim.Media