Lalə efirdə Cavanşirə QƏZƏBLƏNDİ: “Əməkdar artistdir deyə bəy tərifi etməliyəm?” - VİDEO

Hazırda oxunan: Lalə efirdə Cavanşirə QƏZƏBLƏNDİ: “Əməkdar artistdir deyə bəy tərifi etməliyəm?” - VİDEO

144995

Xəbər verdiyimiz kimi, özünü Əməkdar artist Cavanşir Məmmədovun kürəkəni kimi təqdim edən türk vətəndaşı Kemal Mustafa İbili “Təsir dairəsi” ictimai-sosial verilişinə gələrək, kömək istəyib. 

Müğənni sözügedən proqramın efirinə çıxmaqdansa üz tutub “Bizimləsən” ictimai-sosial verilişinə. Əməkdar artist bu addımını “Təsir dairəsi”ndə Mustafanın çıxışına daha çox yer ayrıldığı kimi izah edib. Sənətkarın bu hərəkəti isə aparıcı Lalə Azərtaşı özündən çıxarıb. 

Bizim.Media xəbər verir ki, Lalə aparıcısı olduğu proqramda Cavanşiri tənqid edib. 

“Mən üç gündür ki, Cavanşir Məmmədov mövzusunu işləyirəm. Nə gözləyirsiniz məndən? Cavanşir Məmmədov Əməkdar artistdir deyə mən onu efirimə çağırıb bəy tərifi etməliyəm?

Xeyr! Mən olanı deyirəm. Mənə indi şair və yazar Anar Vəziroğlu (proqramda ekspert kimi iştirak edir – red.) xəbər verdi ki, ona da məlumat veriblər ki, oturub qonşu kanalın verilişində və mənim proqramımı müzakirə edir. Mənə oradan söz göndərir.  Kim olmağınızda aslı olmayaraq, siz yalan danışa bilmərsiniz. Mən hələ deməmişəm ki, sizin məsələdə haqlı olan tərəf Mustafadır. Amma onun haqqı var fikrini deməyə. Mən sözü məhkəmə qərarını oxuyanda deyəcəyəm. Bitdi! Yoxsa siz idiniz Cavanşir bəy Mustafaya ard-arda “cinayətkar” sözünü deyən.

Adam rahatcasına studiyamızda əyləşib. Cinayətkar həbsxanada olur, “Təsir dairəsi”nin studiyasına belə rahat oturmur.

Bu həftənin cümə günü verilişimizin canlı efirinə gəlməlidir Cavanşir bəy. Gələcək! Şərait yaradacayıq, həm Cavanşir bəy, həm də Mustafa bəy öz sözlərini desinlər. Hansı ki, Cavanşir bəy imkan vermir ki, Mustafa bəy  sözünü desin.
Amma sabah Mustafa sənə düz 30 dəqiqə vaxt ayıracağam ki, bütün sözlərini efir vasitəsi ilə deyəsən. Əziz müğənnilər verilişimə gələndə düşünməyin ki, mən sizə bəy tərifə söyləyəcəyəm. Xeyr! İşimi görəcəyəm, araşdıracağam, nəticədə də araşdırmamın nəticəsini sizə deyəcəyəm”,  - deyə L. Azərtaş vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin